Vətəndaşın pozulmuş sosial təminat hüququ Ombudsmanın müdaxiləsi ilə bərpa edilib
Xaçmaz rayonunun Şollar kənd sakini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, müraciətdə Əfqanıstan müharibəsi veteranı kimi ona təyin olunmuş ömürlük müavinətin ödənilmədiyi dövrə aid məbləğini ala bilmədiyini, bununla bağlı Xaçmaz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciətlərinin cavabsız qaldığını və bu məsələ ilə əlaqədar kömək göstərilməsini xahiş edib.
Ombudsman şikayətdə əks etdirilmiş halların araşdırılmasını və nəticəsi barədə məlumat verilməsini Xaçmaz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə tapşırıb. Məlum olub ki, adı çəkilən mərkəzdə müvafiq işlər görülüb, ərizəçiyə müharibə veteranı kimi təyin olunmuş ömürlük müavinətin ödənilməyən dövrə aid məbləğı hesablanaraq onun plastik kart hesabına köçürülüb.
Beləliklə, Müvəkkilin müdaxiləsindən sonra vətəndaşın pozulmuş sosial təminat hüququ bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB