"Azərbaycanda diabetə meylli olan ailələr aşkarlanıb"

"Azərbaycanda diabetə meylli olan ailələr aşkarlanıb"

"Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqlarda molekulyar genetik müayinələr aparılmaqla diabetə meylli olan ailələr aşkarlanıb". SİA-nın xəbərinə görə, b bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli “Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri” mövzusunda çıxışı zamanı deyib.

Rektor qeyd edib ki, bununla da gələcəkdə şəkərli diabetlə bağlı proqnoz vermək baxımından çox əhəmiyyətlidir: "XX və XXI əsrin problemi olan şəkərli diabet təəssüf ki, uşaqlar arasında tez-tez aşkarlanır. ATU-da bu istiqamətdə tədqiqat işləri aparılır".

Azərbaycanda uşaqlar arasında böyrək patologiyaların da xüsusi yer tutduğuna diqqət çəkən G.Gəraybəyli bildirib ki, uşaqlarda nefrodik sindromun molekulyar genetik mexanizmlərin araşdırılması nəticəsində iki cür genin mutasiyasının olduğu müəyyən edilib: "Bu da gələcək üçün düzgün müalicə taktikasının seçilməsini kömək edir və xroniki böyrək çatışmazlığının yaranmasının qarşısını alır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə