Hazırda dünyada hər 6 uşaqdan biri silahlı münaqişə zonasında yaşayır. 1990-ci illərlə müqayisədə hazırda belə uşaqların sayı 75 faiz artaraq 357 milyona çatıb. SİA-nın xəbərinə görə, bu barədə Save the Children Humanitar Təşkilatının "Uşaqlara qarşı müharibə" hesabatında qeyd olunub.
Hesabatda qeyd olunur ki,165 milyon uşaq xüsusilə iri miqyaslı konflikt zonlarında yaşayırlar hansı ki, bu zonalarda məktəblərə və səhiyyə müəssisələrinə çıxış imkanı yoxdur və bu uşaqlar tez-tez şiddətə məruz qalırlar.
Sənədə əsasən, Suriya, Əfqanıstan, Cənubi Sudan, Sudan, Konqo Demokratik Respublikası, Yəmən, İraq, Somali, Nigeriya və digərləri təhlükəli ölkə sayılır.
2010-cu ildən etibarən dünyada ölən və yaralanan uşaqların sayı iki dəfə artıb. Buna səbəb silahlı münaqişələrin müddəti və intensivliyinin artırılması, əhalinin partlayıcı maddələrdən istifadəsi etməsi ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB