Azərbaycanda 623 yeraltı təkan qeydə alınıb

Azərbaycanda 623 yeraltı təkan qeydə alınıb

Fevralın 15-nə kimi Azərbaycanda 623 yeraltı təkan qeydə alınıb. Maqnitudası 3-dən böyük zəlzələlərin sayı 6-ya, hiss olunanların sayı isə 3-ə bərabər olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.

Baş direktor bildirib ki, yeni ildən etibarən maqnitudasına görə ən güclü yeraltı təkan İsmayıllıda qeydə alınıb. Yanvarın 1-də yerli vaxtla saat 13:11-də baş verən və ocağı 8 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,9 bal olub. Yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə