Dövlət sərhədini pozduqlarına görə 45 nəfər saxlanılıb

Dövlət sərhədini pozduqlarına görə 45 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 45 nəfər saxlanılmış, onların 12 nəfəri Azərbaycan Respublikası, 13 nəfəri Özbəkistan, 6 nəfəri Gürcüstan, 3 nəfəri Pakistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfər Mərakeş, 1 nəfəri Rusiya, 1 nəfər Tacikistan, 1 nəfər Konqo, 1 nəfər İraq, 1 nəfəri İordaniya, 1 nəfəri Şri-Лanka, 1 nəfəri Türkiyə vətəndaşları olub.

Sərhəd rejim pozucusu qismində 29 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını poz­duq­la­rı­na görə, o cümlədən ölkədən çıxışı qadağan olundu­ğuna görə 1145, ölkəyə girişi qadağan olunduğuna görə 93, vizası ol­madığına görə 202, vizasının və pasportunun müddəti bitdiyinə görə 130, müvafiq sənədi olmadığına görə 64, ölkədə müddətdən artıq qaldığına gö­rə 90, etibarnaməsi olmadığına görə 142 nəfər dövlət sərhədindən buraxılmayıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriy­yəsinə qarşı mübarizə təd­birləri nəticəsində 17 kq 913 qram narkotik maddə, 2 269 ədəd psixotrop dərman aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 246 min 309 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tüfəng, 3 ədəd 9 mm patron, 4 ədəd qayıq, 1 ədəd gecə görmə cihazı, 2000 İİR rialı, 30,5 milyon Ru­si­ya rublu, 6628 qutu pirotexniki vasitə, 5990 qutu siqaret, 197 ədəd mobil te­lefonun dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə