Aqil Abbas: “Qəzetlər dilimizin qorunub inkişaf etdirilməsində əsas roy oynamalıdır” - LAYİHƏ

Aqil Abbas: “Qəzetlər dilimizin qorunub inkişaf etdirilməsində əsas roy oynamalıdır” - LAYİHƏ
Dilimizin qorunmasında mətbuat vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra qəbul olunmuş yeni yazı qrafikası bir çox insanların bu prosesdən kənar qalmasını zərurətə çevirdi. Çünki ömrü boyü kiril əlifbası ilə yazıb-oxumuş insan üçün bu, olduqca problemli məsələ idi". SİA-nın məlumatına görə, bu fikirləri "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas səsləndirib.
Onun fikrincə, dili, birinci növbədə qəzetlər qoruyub inkişaf etdirməlidir: "Keçmişdə bir sözü düzgün tapmayanda ya "Kommunist" qəzetinə, ya da ki, "Azərbaycan gəncləri" qəzetinə müraciət edərdik ki, görək bu sözü düz yazmışıqmı? Amma bu gün "Ədalət" qəzeti başda olmaqla, görün, nə qədər səhvlərə yol verilir. Bu, o deməkdir ki, nə qəzetlərdə, nə televiziyalarda, nə də ki, nəşriyyatlarda redaktorlar yoxdur".
Baş redaktor deyir ki, redaksiyaya daxil olan hər hansı bir materiala redaktor yazının məzmununa baxmaqla kifayətlənərək imza atır. Bu da ki, sonradan acı nəticələrlə bizim qarşımıza çıxır. "Həmişə çıxışlarda bildirmişəm ki, ilk növbədə, qəzetlər öz qüsurlarını aradan qaldırmalıdır. Çünki bu qüsurlar aradan qalxmadan cəmiyyətdə düzgün təbliğat aparmaq olmayacaq. Belə məsələlərlə mübarizə aparmaq çox çətindir. Bunun üçün böyük bir konsepsiya işlənib hazırlanmalıdır", deyə Aqil Abbas bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə