Bu gün Azərbaycanın bütün təşkilat və müəssisələrində, idarə və qurumlarında, hökumət və qeyri-hökumət sektorunda çalışan vətəndaşlar-seçicilər aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirirlər. SİA-nın elektron poçtuna daxil olan məktublardan biri də Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlıdandır. Təşkilat rəhbərinin məktubunu dərc edirik:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək göstərdikləri əlahiddə xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş 198 şəhid Azərbaycanın Milli Qəhrəman ailələri və 17 sağ Milli Qəhrəmanlar adından
MÜRACİƏT
Möhtərəm Prezident!
Siz Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz gündən etibarən Ümummilli Liderimiz Heydər Əliyevin başladığı çətin və şərəfli yolu layiqincə davam etdirərək yürütdüyünüz uzaqgörən daxili və xarici siyasətinizin nəticəsində ölkəmizdə yaranmış sabitlik və əmin-amanlıq şəraitində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.
Məhz Sizin rəhbərliyiniz altında daim torpaqlarımızın ərazi bütövlüyünün və dövlətçiliyimizin qorunması sahəsində Azərbaycanın igid oğul və qızlarının göstərdikləri şücaətə yüksək dəyər verməniz və bununla əlaqədar xalq arasında yaranan təəssüratlar bir daha onu göstərdi ki, Azərbaycan Xalqı Sizinlə yekdildir, hər bir çağırışınızaa hazırdır.
Tərəfinizdən daim Milli Ordumuza göstərdiyiniz diqqət və qayğının nəticəsində cəbhə bölgəsində Milli Ordumuzun göstərdikləri rəşadət və qəhrəmanlıq bir daha onu göstərir ki, xalq öz Liderinə güvənir və hər zaman dəstəkləyir.
Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz gündən etibarən hər bir vətəndaşın prezidenti olmanızdan ilham alaraq Azərbaycanın Milli Qəhrəman ailələrini öz ətrafında birləşdirən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi hər zaman dövlət və dövlətçiliyin müdafəsi, cəmiyyətdə müsbət fikrin formalaşması və eləcədə gənclərmiz arasında vətənpərvərlik ruhunun artırılaması istiqamətində lazımı işlərin görülməsi üçün tədbirlər həyata keçirtmişdir.
Möhtərəm Prezident!
198 şəhid Azərbaycanın Milli Qəhrəman ailələrini və 17 sağ Azərbaycanın Milli Qəhrəmanlarını öz ətrafında birləşdirən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi bəyan edir ki, Öz ömrünü Azərbaycan Xalqına qurban vermiş Ümummilli Liderimiz Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasətinin layiqli davamçısı kimi Sizin Azərbaycan Respublikasının Prezidentliyinə irəli sürülmüş namizədliyinizi dəstəkləyəcəyimizi səmimi qəlbdən bildiririk.
Azərbaycanın Milli Qəhrəmanları və şəhid Milli Qəhrəman ailələri daim sizinlədir, hər bir siyasətinizi dəstəkləyir, Uca tanrıdan Sizə daim yar və yardımçı olmasını diləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB