Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-210, Lənkəran-Astara bölgəsi çaylarında 100-160, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Salyanda 6, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 359 sm (2017-ci il fevralın 09-da 464 sm), Şirvanda 229 sm (2017-ci il fevralın 09-da 329 sm), Salyanda 193 sm (2017-ci il fevralın 09-da 311 sm), Bankədə 189 sm (2017-ci il fevralın 09-da 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 102 sm (2017-ci il fevralın 09-da 180 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə