Türkiyənin Sakarya vilayətinin Erənlər rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Açılış mərasimində Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, deputatlar, diplomatlar, QHT və KİV rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra torpaqlarımızın bütövlüyü və ölkələrimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub.
Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Abidənin ucaldığı Birlik Parkında Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən şüarlar qaldırılıb, böyük bir izdiham nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB