Quba, Şabran və Siyəzən rayonları polis şöbələrinin MST-lərinə baxış keçirilib
İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, həmçinin penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına (MST), müvafiq sosial obyektlərə müntəzəm olaraq planlı və müraciətlər üzrə monitorinqlər, o cümlədən uzunmüddətli başçəkmələr keçirirlər.
Bu günlərdə müvəkkil Elmira ölkənin Şimal bölgəsinə səfər edərək, Quba, Şabran və Siyəzən rayonları polis şöbələrinin MST-lərinə başçəkmə həyata keçirib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, E.Süleymanova başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, pozuntu halları müəyyən edilməyib.
Müvəkkil saxlanılan şəxslərlə təkbətək görüşərək söhbət aparıb, onlara hüquqlarını və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin səlahiyyətlərini və ona müraciət etmək qaydalarını izah edib. Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Qeyd edilməlidir ki, adıçəkilən müəssisələr və buradakı saxlanma şəraiti müvafiq standartlara uyğundur. Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisələrin rəhbərliyinə tövsiyələr verilib.
Müvəkkil polis əməkdaşları ilə görüşdə qarşıdan gələn Parlament seçkiləri də nəzərə alınmaqla, vətəndaşların seçki hüquqlarının müdafiəsinə diqqət yetirilməsinin, onların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, bu sənədlərin etibarlılıq müddəti ilə bağlı vaxtında dəyişdirilməsinin, sərbəst toplaşma azadlığının həyata keçirilməsinə şərait yaradılmasının zəruriliyini, seçkilərin keçirilməsinə hakimiyyət orqanları və polisin müdaxiləsinin, vətəndaşlara qarşı qeyri-etik davranışın, zorakılığın yolverilməzliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB