Şərabçılıq məhsullarının dövriyyəsi üzrə xüsusi rejim yaradılacaq
Azərbaycanda “Üzümçülük və şərabçılıq haqqında” qanun layihəsinə dəyişiklik edilir. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Belə ki, sözügedən qanunun 22.4-cü maddəsinə təklif olunan dəyişikliklərə əsasən, fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə “Fövqəladə vəziyyət haqqında” və “ Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” xüsusi rejim yaradıla bilər.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə. fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə qanunvericilik müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB