Direktor vəzifəsinə seçki keçirilir

Direktor vəzifəsinə seçki keçirilir

AMEA Rəyasət Heyətinin qərarına əsasən, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimovanın səlahiyyət müddətinin bitdiyi nəzərə alınaraq həmin institutun direktoru vəzifəsinə seçki keçirilir. AMEA-dan SİA-ya verilən xəbərə görə, direktor seçkisi “AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə”yə və “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na uyğun həyata keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə