Ağstafada aşkarlanmış partlamamış altı hərbi sursat zərərsizləşdirilib
Fevralın 5-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Həsənsu kəndidə dörd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə su arxının kənarına baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində altı partlamamış hərbi sursat (iki ədəd F-1 əl qumbarası, iki ədəd UZRQM partladıcısı, bir ədəd 60 millimetrlik minaatan mərmisi (M-49) və bir ədəd 40 millimetrlik silah qumbarası) aşkarlanıb. Həmin sursatlar daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.
Hərbi sursatların ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Ümumilikdə agentlik tərəfindən yanvarın 1–dən fevralın 5-dək 582 partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 21 min 465 kvadratmetr ərazi yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB