Namizədlərə sertifikatların verilməsinə başlanılıb

Namizədlərə sertifikatların verilməsinə başlanılıb

Dövlət qulluğuna qəbul üçün 17 dekabr 2017-ci il tarixdə keçirilən test imtahanından keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 17 dekabr 2017-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edə bilərlər.

Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə