Sinan Oğan: “Erməni diasporu indi də Türkiyədə öz planlarını həyata keçirmək üçün yalan məlumatlarla ictimaiyyəti çaşdırmağa çalışırlar” - MÖVQE

Sinan Oğan: “Erməni diasporu indi də Türkiyədə öz planlarını həyata keçirmək üçün yalan məlumatlarla ictimaiyyəti çaşdırmağa çalışırlar” - MÖVQE
"Diaspor işi təkcə xaricdə həyata keçirilən fəaliyyət deyil. İndi elə bir zamana, dünyadakı və bölgədəki proseslərin elə bir nöqtəsinə gəlmişik ki, artıq Türkiyədə də bir türk diasporundan danışmaq lazımdır. Çünki başqa ölkələrdə fəaliyyyətdə olan erməni diasporu indi də Türkiyədə öz planlarını həyata keçirmək üçün işləyir, mövcud imkanlardan istifadə edir, davamlı olaraq müxtəlif təbliğat üsulları, yalan məlumatlarla ictimaiyyəti yalnış yönləndirməyə çalışırlar". SİA-nın xəbərinə görə, bunu TÜRKSAM-ın direktoru və Türkiyə-Azərbaycan Dərnəyinin (TAD) sədri Sinan Oğan deyib. O bildirib ki, Ermənistan və erməni diasporu 2015-ci il qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşırlar və ona görə də onlar hər bir imkanlarından istifadə edib Qarabağ münaqişəsinin həllini əngəlləmək istəyirlər. S.Oğanın fikrincə, çünki bu münaqişə həll olunsa, erməni-türk münasibətləri də normallaşmağa başlayacaq.

"Bu zaman dünya ermənilərə "artıq sizin probleminiz çözüldü" deyəcək, 100 illik "yazıq, əzilmiş xalq" psoxologiyasının, imicinin sonu çatacaq. Uydurduqları yalanın 100 illiyini qeyd etmək istəyən ermənilər qarşıdakı 4 ildə də qondarma "soyqırım"ı dünyaya qəbul etdirmək üçün əllərindəki imkanlardan hər cür istifadə etməyə cəhd göstərəcəklər. Bu səbəbdən də Qarabağ məsələsinin həlli, o cümlədən Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların həyata keçirilməsi onların maraqlarına uyğun gəlmir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə