Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il fevral ayının 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb. DİN-dən SİA-ya verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktının qeydə alınıb, onların da 27-nin “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyətı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB