“Azərbaycanda gənclər siyasətinin təməli məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qoyulub. Ölkədə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Gənclər Forumunun keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də böyük dönüş oldu”. Bu fikri YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, professor Yusif Babanlı açıqlamasında bildirib.
Y.Babanlı qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev olduqca ağır günlərdə Naxçıvana gələrək muxtar respublikanın Ali Məclisinin sədri seçildi: “Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilərkən Azərbaycan gəncliyinə böyük önəm verildi. Bu gün cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin bütün sahələrdə inkişafı üçün böyük əzmlə çalışırlar. Ümumiyyətlə, Gənclər və İdman Nazirliyi, YAP Gənclər Birliyi tərəfindən aparılan işlərdə gəncliyə xüsusi önəm verilir”.
Y.Babanlı bildirib ki, Azərbaycan gəncliyi hər zaman bütün sahələrdə irəlidə olub: “Bu gün Azərbaycan gəncliyi ölkənin inkişafında, respublikamızda beynəlxalq yarışların və digər tədbirlərin keçirilməsində yaxından iştirak edir. Ölkəmizdə gənclərə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu gün də cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan gəncliyinin inkişafı naminə respublikamızda gördükləri işlər gənclərə olan bu diqqət və qayğının bariz sübutudur. Partiyanın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov ötən gün keçirilən YAP Gənclər Birliyinin hesabat yığıncağındakı çıxışında xüsusi vurğuladı ki, bu il keçiriləcək prezident seçkilərində partiyanın namizədi dövlətimizin başçısı İlham Əliyev olacaq. Bütün xalqımız kimi, gənclər də cənab Prezidentin ətrafında birləşəcəklər. Növbəti yeddi il də Azərbaycanın inkişafı hər birimizin gözü qarşısında olacaq. Çünki biz bu inkişafı ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən bu günə kimi görmüşük, bütün sahələrdə diqqət və qayğını hiss etmişik. Bundan sonra da gənclər cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun rəhbərliyi ilə Azərbaycanın inkişafında iştirak edəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB