Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzində “Respublika Gənclər Günü”nün qeyd olunması münasibəti ilə Şamaxı gənclərinin ümumrayon toplantısı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirə rayonun idarə və təşkilatlarının, ümumtəhsil orta məktəblərinin, ali və orta ixtisas təhsil müəssisələrinin, gənclər təşkilatlarının, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri dəvət olunub.
Ümumilikdə tədbirdə 60 gənc iştirak edib. Tədbirdə həmçinin Şamaxı rayon icra hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov da iştirak edib. Tədbir başlanmazdan öncə toplantı iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərərək abidə önünə tər gül dəstələri qoyublar.
Sonra isə tədbiri giriş sözü ilə açan Şamaxı RİH-in Başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov toplantı iştirakçılarını salamlayıb və “Respublika Gənclər Günü” münasibəti ilə bütün gəncləri təbrik edib.
Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər haqqında geniş məruzə edib.
Sonra Şamaxı şəhər 1 saylı orta məktəbin müəllimi Güney Məmmədova, Əngəxaran kənd orta məktəbin Fiziki tərbiyə müəllimi Elçin Nəcəfov, Şamaxı Dövlət Regional kollecinin tələbəsi Şəbnəm Qurbanlı, Hərbi hissənin çavuşu Alı Həsənov, İnşaatçı tam orta məktəbin XI sinif şagirdi Ülkər Qarayeva, Taekvondo idman növü üzrə məşqçi Xanım Osmanova mövzu ətrafında çıxış ediblər.
Çıxışlar bitdikdən sonra ötən dövr ərzində bədən tərbiyəsi, idman və gənclər sahəsində fərqlənən bir qrup gənc Şamaxı rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif edilib.
Sonda tədbirdə iştirak edən rayon gənclərini maraqlandıran suallar üzərində (gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı, elm, təhsil, incəsənət, idman sahələrində və s.) müzakirələr aparılıb və problemlərin həlli istiqamətində görüləcək işlər müəyyənləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB