Deputatlarımız Strasburqa səfər edəcəklər

Deputatlarımız Strasburqa səfər edəcəklər

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, Milli Məclisin deputatları Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.

Komitənin Azərbaycan tərəfdən həmsədri Cavanşir Feyziyev hazırda Fransada səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə