Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilov “Şərəf” ordeni ilə təltif edilib.
Mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Onun uşaqlığı da bu kənddə keçib. Orta təhsilini Bakıdakı 176 saylı məktəbdə alıb. Eyni zamanda 1 saylı musiqi məktəbində oxuyub.
Sonra Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub.
İfa etdiyi muğamlar: "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və ritmik muğamlardan "Qarabağ şikəstəsi".
Onun balaban ilə çaldığı melodiya Voyager qızıl plastinkasına daxil olub.
Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (2013).
Həyat yoldaşı Sənubər Cəlilova 17 sentyabr 2012-ci ildə 65 yaşında vəfat etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə