Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Rafiq Əşrəf oğlu Əzimov “Şöhrət” ordeni ilə təltif edilib.
Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 1964-cu ildə ailə həyatı qurub.
Rafiq Əzimov 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır. Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dibdat bəy" (Dibdat bəy), "Göz həkimi" (İvanov), "Ordan-burdan" (İsmayıl) teletamaşalarında oynayıb.
Prezident təqaüdçüsüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB