Gənclər gününü qol gücünü sınamaqla qeyd etdilər

Gənclər gününü qol gücünü sınamaqla qeyd etdilər

2 fevral – Gənclər Günü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Azərbaycan Qol Güləşi Federasiyasının və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə gənclər arasında qol güləşi yarışı keçirilib. SİA-nın məlumatına görə, dövlət himninin səsləndirilməsindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Qalib Həsənov və başqaları dövlətin gənclər siyasətindən, onlara yaradılan şəraitdən danışıblar.

Çıxışlardan sonra yarışa strart verilib.

Sonda qaliblər mükafatlandırılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə