Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əziz İmran oğlu Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dövlər başçısının digər sərəncamı ilə Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir.
1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır.
1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur.
Sahibkarlıq fəaliyyətindən isə birbaşa Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB