Lənkəranda bayram tədbiri keçirilib
Lənkəran şəhərindəki Gənclər Mərkəzində 2 fevral - Gənclər Günü münasibəti ilə “Gənclik dünyanın gələcəyidir” adlı təntənəli bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə,Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatının məsul işçilərinin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, fəal gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbirdə Azərbaycan gəncliyinin, o cümlədən Lənkəran gənclərinin son dövrlərdə iqtisadiyyat, təhsil, elm və idman sahəsində əldə etdikləri nailiyyətlərdən bəhs edən video-çarx nümayiş etdirilib.
Daha sonra icra başçısı T.Qaraşov rayonun ictimai həyatında fəallıq göstərən bir qrup gəncə Şəhər İcra Hakimiyyətinin fəxri fərman və xatirə hədiyyələrini təqdim edib.
Tədbir gənclərin hazırladığı əyləncəli müsiqili proqramla davam edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB