Gənclər Ulu Öndərin məzarı və Şəhidlər xiyabanını ziyarət ediblər SƏS TV

Gənclər Ulu Öndərin məzarı və Şəhidlər xiyabanını ziyarət ediblər SƏS TV

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. SİA-nın məlumatına görə, bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə