Seçkilərlə əlaqədar bölgələrdə seminarlar keçirilir

Seçkilərlə əlaqədar bölgələrdə seminarlar keçirilir
Məlumat verildiyi kimi, seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün Gənclər və İdman Nazirliyinin xətti ilə sentyabrın 27-dən başlayaraq 60-a yaxın rayon və şəhərlərdə məlumat xarakterli seminarlar keçirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, növbəti seminarlar Şamaxı, Qaradağ, Xətai, Kürdəmir, Şəmkir, Göyçay, Ağdaş, Ağsu, Xızı, Ağstafa Naftalan və Ağdam rayonlarında seminarlar keçirilib.

Seminarlarda nazirliyin məsul əməkdaşları, Dairə Seçki Komissiyalarının, Məntəq Seçki Komissiyalarının nümayəndələri, ictimai fəal gənclər və ziyallar iştirak ediblər. Seminarlar zamanı ilk dəfə səs verən gənclərə Milli Məclisə seçkilərin tarixi, Heydər Əliyev və Azərbaycan Parlamenti, Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları, seçki günü səsvermə proseduru haqqında məlumat verilib və gəncləri maraqlandıran suallara cavab verilib.

Seminarların sonunda Gənclər və İdman Nazirliynin nəşr etdiyi "Milli Məclis – Qanunverici Orqan" yaddaş kitabçası gənclərə paylanıb. Bundan başqa Polis şöbələrinin əməkdaşlarının iştirakı ilə bir qrup gəncə şəxsiyyət vəsiqələri təqdim edilib. Ümumulikdə, bu həftə keçirilən seminarlarda 2000-ə yaxın gənc iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə