MEK-ə beynəlxalq təşkilatlardan 54 sənəd daxil olub

MEK-ə beynəlxalq təşkilatlardan 54 sənəd daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) 2018-ci ilin yanvar ayı ərzində dünyanın bir çox ölkələrinin təşkilatları ilə Beynəlxalq Kitab Mübadiləsi (BKM) çərçivəsində 54 nüsxə sənəd (kitab, jurnal və CD) daxil olub. AMEA-dan SİA-ya verilən xəbərə görə, nəşrlər Rusiyanın “İnform-Sistema” Agentliyi, ABŞ-ın “Science News” jurnalının redaksiyası, Böyük Britaniyanın və Fransanın Təbiət Tarixi muzeylərinin kitabxanaları, Edinburq Kral Cəmiyyətinin Kitabxanası, Almaniyanın Bavariya Botanika Cəmiyyətinin redaksiyası və Avstriya Geologiya Assosiasiyasından MEK-ə təqdim edilib.

Bundan əlavə, Yaponiya Geologiya Cəmiyyəti, Hiroşima Universitetinin Riyaziyyat fakültəsi, Fransa Coğrafiya Cəmiyyəti, Türk Dil Qurumu, Niderland “Henley & Partner” Agentliyi, Sloveniya Elektrotexnika Assosiasiyası, Səudiyyə Ərəbistanının İnzibati İdarəetmə İnstitutu, Çexiya Xalq Muzeyi və digər ölkələrin təşkilatlarından da sənədlər əldə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə