Xaçmazda Gənclər Günü münasibətilə tədbir keçirilib

Xaçmazda Gənclər Günü münasibətilə tədbir keçirilib

Bu gün YAP Xaçmaz rayon təşkilatının gənclər birliyi rayon Gənclər və İdman İdarəsi Heydər Əliyev Mərkəzi ilə birgə 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının gənclər birliyinin sədri Emil Tağıyev açaraq, ölkəmizin gənclər siyasəti haqqında geniş məlumat vermişdir.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Sevinc Sədullayeva, Gənclər və İdman İdarəsinin böyük məsləhətçisi Elman Məmmədov, YAP Gənclər Birliyinin üzvü Amil Rəhimov, gənclərdən Vəfa Məmmədova, Ülkər Lətifova, YAP Xaçmaz rayon təşkilatının sədr müavini Emin Ağayev və digərləri çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, Möhtərəm Prezidentimizin hər an gənclərə dəstək olmasından, gənclərin rayonun ictimai-siyasi həyatında fəallıqlarından və bununla bağlı keçirilən tədbirlərdən geniş məlumat verdilər.

Sonda fəal gənclər fəxri fərmanlarla təltif edildi.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə