2 fevral - Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib

2 fevral - Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib

Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Bakı şəhər Gənclər və İdman Baş İdrəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionu Zemfira Meftahətdinova, Cəngi İdman Sağlamlıq Kompleksinin direktoru, beynəlxalq dərəcəli hakim, prezident təqaüdçüsü Hicran Şərifov, YAP Xətai rayon təşkilatının Gənclər Birliyinin sədri Sərxan Əliyev, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev iştirak ediblər. Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında, təhsildə, səhiyyədə, idmanda fərqlənən bir qrup gəncə fəxri fərmanlar və diplomlar təqdim edilib.

Qaradağ rayonunda rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, millət vəkili Aydın Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edib. Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmaqla başlanan tədbir daha sonra öz işini Heydər Əliyev Mərkəzindəki konfrans zalında davam etdirib. Tədbirin sonunda gənclər sahəsi üzrə rayon, şəhər və ölkə birinciliklərinin qalibləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Yasamal rayonunda Heydər Əliyev Mərkəzində 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə rayon gənclərinin yekun toplantısı keçirilmişdir. Toplantıda Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkili Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, rayon ərazisində fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup gənc alimi, ali və orta ixtisas məktəblərinin bir qrup tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, siyasi partiyaların, ictimai təşkilatların, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbirdən öncə tədbir iştirakçıları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Məmmədli Taleh Hidayət oğlunun rəsm işlərindən ibarət sərgiyə baxış keçirilmiş, daha sonra Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuşdur. Sonda müxtəlif nominasiyalar üzrə, dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə, yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilində göstərdiyi səmərəli fəaliyyətinə görə bir qrup fəal gəncə Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.

Sabunçu Gənclər Evində 2 Fevral- Azərbaycan Gəncləri Günü qeyd edildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayon mhüquq mühafizə orqanlarının rəhbər işçiləri və rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonda rayonun ictimai-mədəni həyatında fəallığı ilə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim edildi.

Xəzər rayonunda Mərdəkan Mədəniyyət Sarayında Xəzər rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon Gənclər və İdman İdarəsi, YAP Xəzər rayon təşkilatı və Mərdəkan Mədəniyyət Sarayı ilə birlikdə "2 Fevral – Аzərbaycan Gənclər Günü"nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Тədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəis müavini Aydın Yusifov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev , rayonun gəncləri iştirak etmişdilər. Sonda rayon rəhbərliyi tərəfindən gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə göstərdikləri fəallığa və əldə etdiyi nəaliyyətlərə görə 13 nəfər gəncə fəxri diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bütün tədbirlərdə cıxışçılar Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan, idmanın və gənclər siyasətinin Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün Azərbaycan gənclərini “2 fevral gənclər günü” münasibətilə təbrik etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə