İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı, Türkiyə Cunhuriyyətinin Baş Bakanlığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinın dəstəyi ilə keçirilmiş "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumu başa çatıb. SİA-nın xəbərinə görə, 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələrinin iştirak etdiyi tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi komitənin nümayəndə heyəti, Azərbaycan millət vəkilləri, alimləri və bir neçə ictimai təşkilatın rəhbəri, həmçinin fəal diaspor təşkilatlarımızın rəhbərləri qatılıblar.
Forumumun ikinci günündə "Türk dünyasında qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təşəkkül tapması önündəki problemlər", "Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq və türk QHT-lərinin rolu", "Ksenofobiya, sosial ayrımçılıq və türk diasporu", "Türk dünyası mədəniyyəti məkanı: Mədəni fərqlilikdən mədəniyyətlərarası dialoqa", "Sosial-İqtisadi əməkdaşlıq sahəsidə mövcud durum, yeni işbirliyi imkanları və təşkilatlanma" mövzularında seminarlar da keçirilib. Müzakirələrdə Azərbaycan Milli Məclisinin deputatları Fazil Mustafa, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini Elman Nəsirov, Bakı Slavyan Universitetinin dosenti Fərman İsayev, Amerika Türk Dərnəkləri Federasiyasının rəhbəri Ata Erim, digər türkdilli dövlətlərdən gəlmiş millət vəkilləri, QHT nümayəndələri, ziyalılar, o cümlədən müxtəlif ölkələrdəki türk diasporunun fəalları, Avropa ölkələri parlamentlərindəki türk əsilli millət vəkilləri və başqaları çıxış ediblər.
TÜRKSOY-un baş katibi Dussanbay Kasseinov türk dövlətləri başçılarının zirvə görüşlərində qəbul olunan qərarların hər bir türkün, müxtəlif ölkələrdəki türk icmalarının üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. O reallaşdırılması nəzərdə tutulan layihələrdən danışarkən gələn ilin mart ayında BMT-də Novruz Bayramının yüksək səviyyədə qeyd olunmasına hazırlıq görülməsi barədə məlumat verib.
Forumun ən maraqlı bölümü "Soyqırımı iddiaları: Türk dünyası diasporu və əməkdaşlıq" mövzusunda olub. Bu toplantıda Azərbaycan və Anadolu torpaqlarında erməni quldurlarının törətdikləri qətliamlardan, Xocalı soyqırımından, qondarma "erməni soyqırımı" təbliğatına qarşı diaspor təşkilatlarının birgə fəaliyyətindən danışılıb. Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədov diqqətə çatdırıb ki, Xocalı soyqırımı haqqında danışarkən "faciə" deyil, məhz "qətliam" ifadəsi işlədilməlidir və bu, qətliam olaraq dünyada tanınmalıdır. "Bu soyqırımı isə ermənilərin deyil, Ermənistan dövlətinin törətdiyi, məhz dövlətin məsuliyyət daşıdığı vurğulanmalıdır" deyə o əlavə edib. DİDK əməkdaşı türk dünyasının iş və əməl birliyinə, bunun üçün isə belə forumların təşkilinə böyük ehtiyac olduğunu deyib.
Toplantıda belə bir fikir də səslənib ki, soyqırım ittihamları ilə bağlı əsl həqiqətləri dünyaya tanıtmaq, erməni diasporunun iç üzünü açmaq üçün əslində mücadilə bu diasporla deyil, onlardan öz məqsədləri naminə istifadə edən dövlətlərlə aparılmalıdır. Bunun üçün isə xarici ölkələrdəki türk xalqlarının diasporlarının əlaqələndirilmiş fəaliyyəti zəruridir.
Sonda forumun işini yüksək qiymətləndirən Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şənsoy bütün iştirakçılara təşəkkürünü bildirib, tədbirin türk dünyası və diaspor təşkilatlarının həmrəyliyini gücləndirdiyini vurğulayıb.
Forum yekun qətnamənin qəbulu ilə başa çatıb. Qətnaməyə görə, Dünya Türk Forumu iştirakçıları arasında səmərəli ünsiyyəti təmin etmək məqsədilə Azərbaycan, türk, ingilis, özbək, qırğız, türkmən dil və ləhcələrində ortaq internet portalı yaradılması nəzərdə tutulub. Bundan başqa sənədə əsasən "Ağsaqqallar qrupu" və "Ağ Təmas Qrupu" adlı iş qrupları yaradılacaq. Bu qruplar ildə azı bir dəfə toplanaraq zəruri məsələləri müzakirə edəcək, ildə bir dəfə düzənlənəcək Dünya Türk Forumunun əlaqələndirilməsi və gündəminin hazırlanması məsələlərini müzakirə edəcəklər. Dünya Türk Forumunun baş katibliyi İstanbulda yerləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB