“Azərbaycan mediası da cəmiyyətin maraqlarına xidmət edir” ŞƏRH

“Azərbaycan mediası da cəmiyyətin maraqlarına xidmət edir” ŞƏRH

“Dünyanın inkişaf etmiş ölkələrinin hər birində mediaya dövlət dəstəyi göstərilib və göstərilir. Dövlət yardımı ayrı-ayrı KİV-lərin fəaliyyətindən tutmuş ümumilkdə media mühitinə aid layihələrin maliyyələşdirilməsinə qədər ən geniş sahəni əhatə edir. Sadəcə, ayrı-ayrı ölkələrdə bu maliyyələşmənin formaları arasında fərq var”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, hər bir dövlət özünə uyğun modellərdən istifadə edir: “Heç bir dövlət başqa bir dövlətdə olan modelin surətini köçürmür. Hər kəsən özünə uyğun, milli şəraitə uyğun variantlar seçir. Azərbaycan da bu modellər arasından özünə uyğun olanı, milli şəraitə və demokratik prinsiplərə uyğun olan variantı seçib. Dövlətin mediaya yardımları sırasında jurnalistlər üçün mənzillərin tikintisi də var. Burada qeyri-adi bir şey yoxdur. Dövlət jurnalistlərin durumunu öyrənib, ictimai sifarişi nəzərə alıb, ehtiyac daha çox haradadırsa, diqqəti o nöqtəyə yönəldib. Həm də prosesi çox şəffaf şəkildə həyata keçirib. İndi kimlərsə bu prosesi tənqid edirsə, deməli ya başqa ölkələrdə həyata keçirilən proseslərdən məlumatsızdırlar, ya da bunu qərəzli şəkildə edirlər. Mən burada qərəz faktorunu daha çox görürəm. Fikrimcə, xarici qüvvələrin təsiri altında olan bu şəxslər Azərbaycan dövləti ilə milli media arasında yaranmış həmrəylikdən, dioloq mühitindən xoşlanmayan, daimi antaqonist ziddiyyətlərin mövcud olmasına çalışan şəxslərdirlər. Belələrinə layiqli cavab verilməlidir. Azərbaycan dövləti də, Azərbaycan mediası da Azərbaycan cəmiyyətinin maraqlarına xidmət edir və bu iki sektor arasında dioloqun mövcud olması, problemlərə vahid platformadan yanaşılması normal haldır, cəmiyyətin xeyrinədir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə