Deputat cərimələri artırmağa çağırdı

Deputat cərimələri artırmağa çağırdı

"Azərbaycada çay kənarlarındakı qum, çınqıl daşınır. Kim düşünürsə ki, qum, çınqıl balaca varlıqdır, onlar yanılırlar, çünki bunlardan milyonlar qazananlar var. Buna qarşı cərimə cəmi 12 min manatdan ibarətdir. Biz müxtəlif sahələrlə bağlı cərimə sanksiyalarını artırmışıq. Cəriməni artırmaq lazımdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

O vurğulayıb ki, çayların özəl sahibi yoxdur, Misir dövrü deyil ki, çayı hissə-hissə bölüb fironluq etsin: “Hökumət tərəfindən ciddi hesabatlar hazırlanıb. Fövqəladə Hallar Nazirliyi bu məsələyə ciddi dirəniş göstərir. Görünür, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər. Milli Məclisdə bununla bağlı məsələyə baxmaq lazımdır”.

Deputatın çıxışına cavab olaraq spiker Oqtay Əsədov bütün deputatları hər məsələni qanunla bağlamamağa çağırıb: “Biz hər məsələni qanunla bağlayırıq. Düzdür, Milli Məclis qanunları qəbul edir, dəyişikliklər edir. Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin öz funksiyası var. Qanunvericiliyin də öz istiqaməti var. Yəni hər funksiyanı Milli Məclisin üzərinə qoymaq olmaz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə