Elmira Axundova: "Bu problemin həlli minlərə ailənin sevincinə səbəb olacaq"

Elmira Axundova: "Bu problemin həlli minlərə ailənin sevincinə səbəb olacaq"

“Bildiyiniz kimi illər öncə ölkənin müxtəlif regionlarında, xüsusulə də Abşeron rayonunda qeydiyyatda kənd təsərrüfatı sahələri kimi olan ərazilərdə fərdi evlər inşa edilib və illərdir ki, insanlar həmin ərazilərdə yaşayır, hətta oğul evləndirib, qız köçürdüblər. Lakin bu ərazilərin qeydiyyatda kənd təsərrüfatı torpaqlarına aid olunması onların vəziyyətinin çətinləşdirilməsinə səbəb olur”. SİA-nın xəbərinə görə bunu Milli Məclisin deputatı Elmira Axundova parlamentin yaz sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sözügedən ərazilərdə yaşayan ərazilərdə yaşayan insanların kommunal xidmətlərdən istifadə edib haqq ödədiyini nəzərə alsaq, onların qeydiyyata düşməməsi problemlərə səbəb olur: “Bu ərazilərlə bağlı kompleks yanaşma olmadığından sözügedən ərazilərdə yaşayan insanlar nə qeydiyyata düşə bilir, nə də çıxarış ala bilmirlər”.

Problemin həlli ilə bağlı iki variantın olduğunu deyən deputat söyləyib ki, ya tikililər sökülüb kənd təsərrüfatı torpaqları kimi istifadə edilməli, ya da həmin ərazilər yaşayış yeri kimi qeydiyyata salınamaldır: “İlk varianta üstünlük verdikdə burada insaların sosial vəziyyətində problemlər yarana blər. Lakin ikinci variantda vətəndaşlar mülkiyyət hüququni əldə etməklə öz evlərində qeydiyyata düşə bilərlər. Belə olan halda, qeydiyyata alınan tikilər vergiyə cəlb olunacaq və nəticə etibarı ilə büdcəyə pul gələcək. Bu problemin həlli minlərə ailənin sevincinə səbəb olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə