Ay tutulması başlayıb

İlin ilk Ay tutulması başlayıb. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov məlumat verib. Onun sözlərinə görə, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanıb, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq: Tutulma Azərbaycan ərazisində 18:00-dan etibarən Ay doğduqca görünəcək və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq: “Azərbaycan ərazisində saat 18:00-dan sonra Ay tutulmasını müşahidə edə biləcəyik”.

Rəsədxananın direktor müavini söyləyib ki tutulma zamanı Ay qırmızı rəngdə göründüyü üçün buna adətən “Qanlı Ay tutulması” da deyilir.

Super Aya gəlincə, X. Mikayılov əlavə edib ki, bu günkü Super Ay tutulması deyil, “Super Ay tutulması” yanvarın 1-də müşahidə olunub.

Qeyd edək ki, ikinci Ay tutulması iyulun 28-də olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə