İş adamı şəhid və qazi ailələrini sevindirdi

İş adamı şəhid və qazi ailələrini sevindirdi

İş adamı, “Dünya Azərbaycanlıları Mədəniyyət Fondu”nun prezidenti, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədov Bakıya budəfəki səfərində daha iki qazi ailəsinə sevinc bəxş edib. Belə ki, yanvarın 30-da şəhid və qazi ailələri ilə görüşən vətənpərvər həmyerlimiz aprel döyüşlərində qəhrəmanlıq göstərərək ağır yaralanan kapitan Hikmət Məmmədova və hərbi qulluqçu Emin Əliyevə tam təmirli mənzillər bağışlayıb.

Görüşdə Füzuli Məmmədov şəhid və qazi ailələrinin digər problemləri ilə də maraqlanıb. Bir neçə media mənsubunun da yer aldığı görüşdə şəhid ailələri və hərbiçilər iş adamına göstərdiyi qayğı və diqqət üçün minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Füzuli Məmmədov ötən il ehtiyacı olan dörd hərbiçi ailəsinə də mənzillər bağışlamışdı.

O, bildirmişdir ki, hər bir iş adamı atdığı faydalı addımlarla ölkə rəhbərimizin dövlət siyasətinə xidmət etməlidir. Belə addımların bundan sonra da atılacağını bildirən xeyriyyəçi iş adamı şəhid ailələrinin daim diqqətində olacağını qeyd edib .

Jalə Sönməz

Bütün xəbərlər Facebook səhifəmizdə