Gənclər üçün təcrübə məkanı - AMEA-nın Yüksək Texnologiyalar Parkı
Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar. AMEA-dan SİA-ya verilən xəbərə görə, görüşdə AMEA YT Parkın Biznes İnkubasiya şöbəsinin müdiri Vüsal Süleymanlı çıxış edərək ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiyaların, o cümlədən yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir.
GAMŞ-ın üzvü, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov isə çıxışında birgə əməkdaşlıq imkanlarından söz açıb, bu əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Sonra AMEA YT Parkın rezidentləri - AMEA Təcrübə-Sənaye Zavodunun direktor müavini Süleyman Süleymanov, "Millers Oils Azerbaijan" şirkətinin nümayəndəsi Cavid Şahmuradov və "DN TECHNOLOGIES" şirkətinin rəsmisi Ceyhun Nabadov çıxış edərək təmsil etdikləri qurumlar barədə məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB