AHİK-in fəaliyyəti beynəlxalq miqyasda təqdir olunur

AHİK-in fəaliyyəti beynəlxalq miqyasda təqdir olunur

Azərbaycan xalqının ən ali sərvəti onun müstəqilliyidir. Yalnız müstəqillik şəraitində dövlət öz xalqının maraqlarına tam cavab verən siyasət yürütmək iqtidarında olur. Bu gün Azərbaycan Respublikası beynəlxalq aləmdə xüsusi yeri olan sürətli inkişaf yoluna qədəm qoymuş demokratik, hüquqi, dünyəvi bir dövlət kimi tanınır. Çünki, öz fəaliyyətini Azərbaycan tarixinin böyük bir hissəsini qızıl hərflərlə yazan və onu gələcək nəsillərə örnək üçün miras qoyan, böyük şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin çox müdrik ideya və strategiyası əsasında qurmuşdur.

Ulu Öndər qeyd edirdi: “Biz on il ağır yol keçərək müstəqilliyimizi qoruyub saxlaya bildiksə, bu dövlətin bütün təsisatlarını yarada bildiksə, demək Azərbaycanın gələcəyi üçün çox əsaslı, çox möhkəm bir təməl qoymuşuq. Biz öz üzərimizə düşən missiyanın birinci, ən çətin hissəsini yerinə yetirmişik”.

Müstəqilliyimizin qorunub saxlanılmasında, onunla çiyin-çiyinə dayanıb dövlətin qurulması və inkişaf etdirilməsində, xalqın bu quruculuq işlərində Ulu Öndərin ətrafında səfərbər olmaqla sıx birləşməsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, bilavasitə onun rəhbəri Səttar Mehbalıyevin danılmaz, gərgin əməyi həmişə qeyd edilməlidir.

Ulu Öndər Həmkarlar İttifaqlarının işinə qiymət verərkən xatırladırdı: “Mənim xalq üçün firavanlıq və əminamanlıqdan başqa bir arzum yoxdur”. Bu Həmkarlar İttifaqının tezislərinə, proqram sənədinə çevrildi. Firavanlıq və əminəmanlıq dünya Həmkarlar Təşkilatlarının əsas ana xəttini təşkil edir. Əgər bu gün Azərbaycan dövlətində, onun ayrı-ayrı regionlarında birlik, həmrəylik, firavanlıq və əmin-amanlıq varsa orada Azərbaycan Həmkarlar İttifaqlarının da payı var.

Azərbaycanın ictimai-siyasi mühitinin elə bir sahəsi yoxdur ki, orada Respublika Həmkarlarının izi olmasın, nəfəsi duyulmasın. Bütün bunlar Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin Heydər Əliyev məktəbinin layiqli davamçısı olan Prezidentimiz İlham Əliyevin tövsiyyələrini layiqincə yerinə yetirməklə öz işini davam etdirməsinin nəticəsidir.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası məhz Heydər Əliyev dövründə özünün təşəkkül və intibah dövrünü yaşayıb. Bu gün həmin intibah dövrü Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində yeni mərhələyə qədəm qoyub. Hazırda dünya mətbuatı səhifələrində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gördüyü işlər qeyd edilməklə yanaşı, bir sıra ölkələrdəki eyni adlı təşkilatlara nümunə göstərilir.

Yenə Ulu Öndərin müzəffər xalqımız haqqında dediyi fikirlərə qayıdıram. O deyirdi: “Xalqımız nikbindir, başını heç vaxt aşağı tutmayıb, əyilməyib, heç vaxt diz çökməyib”. Öz cərgəsində bir milyon beş yüz mindən artıq insanı birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyət proqramı Ulu Öndərin tarixin ən çətin sınaqlarından çıxan fəaliyyət proqramının tərkib hissəsi olaraq qalır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında zəngin təcrübə qazanan və beynəlxalq simpoziumlarda, yığıncaqlarda öz təcrübəsini beynəlxalq mühitlə bölən Səttar Mehbalıyevin iş üsulu bu gün Avropanın, Asiyanın, Afrikanın Həmkarlar Təşkilatlarında təhlil olunur, öyrənilir.

Son beş ildə 400-dən artıq yüksək səviyyəli tədbirlərin təşkilatçısı olması, 507 yeni həmkarlar ittifaqı təşkilatının yaradılması və 57 minə yaxın üzvlərinin artması, 1000-ə yaxın işçinin həmkarlar tərəfindən işə bərpa olunması, 3000-dən artıq işçinin işdən çıxarılmasının qarşısının alınması, 308 mindən artıq insanın müalicə və istirahətini təşkil etməsi, 50 minə yaxın şəhid ailələrinə, qacqın və köckünlərə maddi yardım etməsi, ən əsası qanunvericilik sahəsində işcilərin vəziyyətini yüngülləşdirməklə bağlı əldə etdiyi nəticələr Səttar Mehbaliyevin fəaliyyət dövrünü əhatə etməklə AHİK-in nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır.

Səttar müəllim insanlarla təmasda olmağı, onlarla əlaqələrin genişlənməsini özünün əsas prioritet vəzifələrindən biri hesab edir. O, Azərbaycan xalqını sevən və bu xalqa sədaqətlə xidmət edən, dövlətə və dövlətçiliyə bağlı, Heydər Əliyev məktəbindən çıxan ən gözəl şəxsiyyətlərdən biridir.

Ümid edirəm ki, yaxın günlərdə keçirələcək AHİK-in qurultayında bu fəaliyyət yüksək qiymətləndiriləcək və növbəti 5 ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının cənab prezidentimiz İlham Əliyevin siyasi iradəsi yüksək qabiliyyəti sayəsində ölkəmizdə həyata keçirdiyi genişmiqyaslı, davamlı islahatlarında fəal iştirakını təmin etmək üçün sədrimiz Səttar Mehbalıyevə yenidən etimad göstəriləcəkdir.

T.e.f.d Sadiq Qurbanov,

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə