Sanitariya-epidemioloji xidmətinin obyektlərdə yoxlama hüququ ləğvi edilir
Dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama aparması hüququ ləğv edilir. SİA-nın məlumatına görə, bununla bağlı “Sanitariya-epidomoloji salamatlıq haqqında" qanuna yeni təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti qida məhsullarının istehsalı, daşınması,s axlanması vəs atışı obyektlərində yoxlama apara bilməyəcəklər.
Bununla bağlı qanunun Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlarına aid olan 34-cü maddəsində 1-ci hissəsinə “Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması vəs atışı obyektləri istisna olmaqla” sözləri əlavə edilib. Bununla da d övlət sanitariya-epidemioloji xidmətinin Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması vəs atışı obyektləri istisna olmaqla digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.
Layihə plenar iclasa tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB