Super Ay sabah görünəcək

Bu gün günorta saatlarında Ay Yerə 358,994 kilometr məsafədə yaxınlaşacaq və yanvarın 31-də insanlar Super ayı görə biləcəklər. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Super ay hadisəsi Ayın Yerə tam və ən yaxın 362.000 kilometr məsafədə yaxınlaşması deməkdir. Bu hadisə 3 gündən artıq davam edə bilməz.

Bu dəfə səmada ən unikal hadisə baş verəcək. Belə ki, Ay tutulan zaman perigit nöqtəsinə (Ayın Yer nöqtəsinə ən yaxın orbiti) yaxın olacaq və Yerin kölgəsi Super Aya daxil olacaq. Yer peykinin görünən diametri təxminən 8 faiz artacaq. Bu ilin ikinci hadisəsidir. Belə ki, ilk belə hadisə yanvarın 2-də baş vermişdi.

Ay tutulması Rusiya, Şərqi Avropa, Şərqi Afrika, Asiya, Avstraliya, Sakit okean və Şimali Amerikadan görünəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə