Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 140-190, Lənkəran-Astara bölgəsi çaylarında 200-260, Naxçıvan MR çaylarında isə 200 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 50 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 1, Şirvanda 4, Salyanda 22 sm artım, Bankədə 7 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 393 sm (2017-ci il yanvarın 29-da 419 sm), Şirvanda 255 sm (2017-ci il yanvarın 29-da 291sm), Salyanda 215 sm (2017-ci il yanvarın 29-da 249 sm), Bankədə 206 sm (2017-ci il yanvarın 29-da 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 123 sm (2017-ci il yanvarın 29-da 148 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB