Azərbaycanda Cumhuriyyət parkının salınması təklif olunub. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bugün keçirilən iclasında komitə sədri Rəfael Hüseynov deyib.
Komitə sədri bildirib ki, həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələri ucadılmalıdır: “Belə fikir irəli sürürlər ki, xarici ölkələrdən həmin insanların qəbirləri gətirilsin. Bunlar edilə də bilər, edilməyə də bilər. Amma parkın salınması vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB