Türkiyə Səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Türkiyə Səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi ARNK yanında Tərcümə Mərkəzində olub. Mərkəzdən SİA-ya verilən məlumata görə, görüş zamanı türk dilində Ankarada nəşr olunmuş ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Türkiyə universitetlərinin kitabxanalarına yerləşdirilməsi, ali və orta təhsildə istifadəsi, eləcə də Türkiyə-Azərbaycan ədəbiyyatları arasında ədəbi mübadilələrin inkişafına dair digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə