Azərbaycanlı tədqiqatçının miqrantlarla bağlı monoqrafiyası Almaniyada çap olunub

Azərbaycanlı tədqiqatçının miqrantlarla bağlı monoqrafiyası Almaniyada çap olunub

Bakı Dövlət Universitetinin (BDU) sosial və pedaqoji psixologiya kafedrasının gənc tədqiqatçısı, psixologiya elmləri üzrə fəlsəfə doktoru, dosent İranə Məmmədlinin “Miqrantların identifikliyinin formalaşmasında dəyərlərin rolu” monoqrafiyası Almaniyanın Düsseldorf şəhərində “Scholars” nəşriyyat evində çap olunub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, monoqrafiyada zəmanəmizin ən aktual və ağrılı problemlərindən olan miqrantların yeni mühitə uyğunlaşması, onların düşdükləri cəmiyyətdə rastlaşdıqları çətinliklər və bunun nəticəsində baş verən sosial-psixoloji dəyişikliklərdən söz açılır. Azərbaycanda olan miqrantların timsalında isə onların cəmiyyətə asan adaptasiya olunmaları istiqamətində dəyərli fikirlər öz əksini tapır.

Bütün xəbərlər Facebook səhifəmizdə