Qar yağacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Qar yağacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə