İlin ilk ay tutulmasının VAXTI

Bu ilin ilk Ay tutulması yanvarın 31-də qeydə alınacaq. AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından SİA-ya verilən məlumata görə, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Bildirilib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə