Yanvarın 23-də Xocalı Rayon İcra Hakimiyyətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Qaraçinar kəndində 1 saylı sahə məntəqəsinin inzibati ərazisində mərmi tapılması barədə məlumat daxil olub.
ANAMA-nın məlumatına görə, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 82 millimetrlik minaatan mərmisi (OF-832) aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin ətrafında 200 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb. Ümumilikdə agentlik tərəfindən yanvarın 1–dən 23-dək 31 partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 8740 kvadratmetr ərazi yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB