"ÜSY alanlar özünüməşğulluq proqramına cəlb ediləcəklər" AÇIQLAMA
"Ölkəmizdə həyata keçirilən sosial siyasət əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir. Bu baxımdan, 2017-ci il bir sıra cəhətləri ilə əlamətdar oldu". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas məqamlardan birinin yeni iş yerlərinin açılması olduğunu deyən komitə sdəri söyləyib ki, bu işlər davamlı xarakter daşımalıdır.
Onun sözlərinə görə, ötən il ərzində 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimidir.
Ötən il əldə olunan uğurlardan birinin ölkəmizdə yoxsulluq səviyyəsinin azalması olduğunu vurğulayan H. Rəcəbli qeyd edib ki, 2017-ci ildə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.
"Azərbaycanda sosial infrastruktur quruculuğu da uğurla davam edir və 2017-ci ildə də bu istiqamətdə də mühüm işlər görülüb. Belə ki, ötən il ölkəmizdə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb" - deyə, komitə sədri bildirib.
2017-ci ildə səhiyyə sahəsində görülən işlərə toxunan H. Rəcəbli deyib ki, bu dövrdə 30 tibb müəssisəsi tikilib və əsaslı təmir edilib: "Ötən il əhalinin soaial vəziyyətininyaxşılaşdırılmasıə istiqamətində də görülən işlər davamlı olub. 2017-ci ildə 116 min ailəyə ünvanlı sosial yardım verilib ki, bu da 400 mindən çox insanı əhatə edir. Bu yaxşı göstəricidir. Lakin qarşıda duran əsas hədəf belə ailələri özünüməşğulluq proqramına cəlb etməkdən ibarətdir. Çünki bu proqram nəticəsində həmin insanların məşğulluğu təmin olunmaqla özlərinin yaşayış səviyyəsini yüksəldə biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə