“ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü, “ADA” Universiteti və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə (UNDP Azerbaijan) gənclərin siyasi, sosial, hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN 2018” layihəsi yenidən start götürür.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, BMT-nin İnkişaf Proqramının simulyasiyası əsasında baş tutacaq layihə ilk dəfə olaraq üç dildə (Azərbaycan, ingilis və rus dilləri) həyata keçiriləcək. Müsahibədən uğurla keçərək iştirak haqqı qazanacaq şəxslər simulyasiyadan əvvəl təlimlərdə iştirak edəcəklər. Həmin şəxslər fevralın 9-11-də keçiriləcək simulyasiyalarda yarışacaqlar.
Layihə çərçivəsində BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Müstəqil Dövlətlər Birliyi üzrə simulyasiya oyunları təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB