“Qara dul”a 22 il həbs ŞOK

Fransada 57 yaşlı Nitsa sakini Patrisiya Daqorna 22 il həbs cəzası kəsilib. SİA “NY Post”a istinadən xəbər verir ki, 57 yaşlı fransalı xanım zəngin təqaüdçülərlə tanış olduqdan sonra, onlara antidepressant iynələri vurub, öz adına vəsiyyətnamələr yazdırmaqla məşğul olub.

Qeyd olunur ki, onun bu hərəkətləri üzündən iki nəfər təqaüdçü kişi ölüb. “Rivyeranın qara dulu” adlandırılan Patrisiya Doqron öz qurbanlarını sosial saytlardan, həmçinin tanışlıq saytlarından, hətta küçələrdən seçirmiş. Bəlli olub ki, “Qara dul” kişiləri ehtirasa gətirir, onları “Valium”la və s. trankvilizatorla zəhərləyir, sonra isə pullarını əldən alırdı. Hələlik, onun dörd nəfər qurbanı haqqında məlumat var ki, onlardan ikisi artıq həyatlarını itiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə