Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Malayziyada keçirilən sammitə müraciəti yüksək qiymətləndirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Malayziyanın Qadın, Ailə və Cəmiyyətin İnkişafı üzrə naziri senator Şahrizat Abdul Cəlilin dəvəti ilə Malayziyada keçirilən "Bugünün uşaqları sabahın liderləridir" mövzusunda sammitdə iştirak etmək üçün həmin ölkədə səfərdə olub. Komitədən SİA-ya verilən xəbərə görə, bu tədbir çox vacib bir məsələyə-bəşəriyyətin sabahı olan uşaqların problemlərinin həllinə həsr olunub. 15 ölkənin birinci xanımı və 20-dən artıq nazirin iştirak etdiyi sessiyada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Müraciətini Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova səsləndirib.
Müraciətdə deyilir ki, uşaqların gələcəyi dövlət qurumları, beynəlxalq qurumlar, qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının, eyni zamanda hər bir vətəndaşın fəallığından asılıdır: "Bu gün Azərbaycan Respublikasında uşaqlara böyük qayğı göstərilir, onların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılır. Uşaq hüquqlarının təmin edilməsi, onların problemlərinin həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Təsadüfi deyil ki, 2009-cu il Azərbaycanda "Uşaq ili elan edilib. Respublikamızda uşaqların sosial müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və digər hüqiqu-normativ aktlarla tənzimlənir. Məlum olduğu kimi, münaqişələrdən ən çox əziyyət çəkən uşaqlar olur. Azərbaycanda da Qarabağ konflikti nəticəsində gərginlik içində yaşayan uşaqların sayı kifayət qədərdir. Dövlətimizin apardığı uşaq siyasətinin prioritet istiqamətlərindən biri də bu həssas kateqoriyaya aid olan övladlarımıza hərtərəfli dəstək olunması, uşaq hüquqlarının qorunmasıdır. Sammit iştirakçılarına edilən Müraciətdə münaqişə zonalarından olan uşaqlara hərtərəfli dəstəyin vacibliyi xüsusilə vurğulanıb".
Müraciətdə bu fikir də səslənib ki, sammit bu gün uşaq baxımsızlığı və uşaq əməyinin istismarı, onlara qarşı zorakılığın, uşaq hüquqlarının pozulmasının qarşısının alınması sahəsində fəaliyyətin daha da gücləndirilməsi məsələlərinin həllinə bəşəriyyətin diqqətini cəlb edəcək: " Bu sahədə olan məsələlərin müzakirəsi, təcrübə və ideyaların mübadiləsi, səmərəli beynəlxalq mexanizmin təşkil olunması uşaq problemlərinin həlli yollarının axtarılmasında cəmiyyətə dəstək olacaq. Məhz bu baxımdan "Bugünün uşaqları sabahın liderləridir"mövzusunda Sammitin keçirilməsi bu istiqamətdə atılan önəmli addımdır".
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sammitə müraciəti yüksək qiymətləndirilib və dərin minnətdarlıq hissi ilə qəbul edilib. Sonda Malayziyanın Birinci Xanımı Datin Paduka Seri Rosmah Mansor müraciətdə qeyd olunan məsələlərin, xüsusilə hərbi münaqişələrdən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi probleminə yüksək diqqətin vacibliyini qeyd edib.
Sammitin yekununda uşaqların birinci xanımlara müraciəti və birinci xanımların bəyannaməsi qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB